TEPPLAN WG / Bitki Mühafizə

TEPPLAN WG
İstifadə olunacaq bitki və zərərli orqanizmlər
Bitki adı Zərərli orqanizm adı İstifadə vaxtı və dozası Son tətbiq ilə məhsul yığımı arasında vaxt
Bibər (istixana) Şaftalı yarpaq biti (Myzus persicae) 22g/100 l su (Nimf, yetişkin) 3 gün

Bitki qoruma məhsulunun istifadəyə hazırlanması

Məsləhət olunan dozanın üzərindən hesablanan bitki qoruma məhsulu əvvəlcə ayrı qabda bir az su ilə qarışdırılır.Tətbiq maşının deposu yarıya kimi suyla doldurulur.Maşının qarışdırıcısı çalışarkən dərmanlı su depoya əlavə edilir.Qarışdırmağa davam edilərək depo su ilə tamamlanır.Proses bitənə qədər qarışdırılır.Hazırlanan məhlulu eyni gündə istifadə edin.


Kalibrləmə

İstifadə öncəsində tətbiq etmə maşını kalibrasiyası edilməlidir.Tətbiq etmələrdə yaxşı örtük olacaq şəkildə konkret sahəyə veriləcək qarışım mikdarı yaxşı müəyyənləşməlidir.Tətbiq etmələr günün sərin saatlarında,küləksiz və ya az küləkli havalarda edilməlidir.


Bitki qorumada məhsulun istifadəsi  

Bibər istixana Şaftalı yarpaq biti: Bibər əkili sahəyə diaqonaldan girərək 3-5 addımdan bir təzə yarpaq yarpaq qopardılır, 20-40 yarpaqda sayılar nəticəsində 1 yarpağa düşən zərərli sayı 10-20 ədəddirsə dərmanlama edillir.Parazitot və predatorlar müşahidə edilərək dərmanlamadan qabaq faydalıların inkişafı da nəzərə alınmalıdır.Yarpaq biti populasiya hava şəraitiylə əlaqəlidir.Quraqlıq və istilik artanda populasiya aşağı düşər.Bu əlamət dərmanlamada nəzərə alınmalıdır.


Qarışdırma

Çox miqdarda qarışım etmədən əvvəl ön qarışım testi etmək məsləhət görülür.


Müqavimət ilə əlaqəli məlumat

TEPPLAN WG bitki qoruma dərmanı təsir mexanizminə görə Grup 29 A kimi sinifələndirilmiş inseksistdir.Eyni təsirə sahib bitki qoruma məhsullarında təkrarlanan tətbiqləri,müqavimət inkişafını təşvik edir.Tətbiqin təkrarlanması lazım olduqda fərqli təsir mexanizmlərinə malik (Grup 29 A) məhsulların istifadəsinə diqqət edin


İstifadə edərkən və depolanarkən diqqətli olunması üçün təlimatlar

- Balıqlara və suda yaşayan canlılara zərərlidir.Yerüstü və yeraltı su mənbələrindən uzaq tutun
- Bitki qoruma məhsulunu öz qabında qapalı olaraq saxlayın
- Boşalan qabları qətiyyən başqa məqsəd üçün istifadə etməyin
- Sərin və quru yaxşı havalanan yerdə saxlayın


Zərərlilik ifadələri

H304: Udulması halında zərərlidir
H410: Su muhitində uzun müddət qalıcı və zəhərli təsir qüvvəlidir
H400: Su muhitində zəhərlidir
H312: Dəri ilə təmasda zərərlidir