Haqqımızda

“Agronet Company” MMC 2021-ci ildə yaranmış, yarandığı gündən Azərbaycanda kənd təsərrüfatının inkişafına dəstək olmuş və bunun üçün çalışmışdır. “Agronet Company” MMC müxtəlif növ toxum çeşidləri, gübrələr və bitki qoruma vasitələrinin (pestisidlər) ölkə ərazisində topdan və pərakəndə satışı ilə məşğuldur.

Ölkədə bu məhsulların satışı ilə məşğul olan ən önəmli distribütor şirkətlərdən biri olan “Agronet Company” MMC müştəri etibarına çox önəm verir, yüksək keyfiyyətli məhsullar təqdim edərək fermerlər üçün əsas tərəfdaş olmağa çalışır.Kənd təsərrüfatının tərəqqisinə, çiçəklənməsinə töhfə verən şirkət fermerlərin ölkə üçün nə qədər vacib olduğunu bilir, onlar üçün hər zaman ən mükəmməl məhsulları təmin etməyə çalışır.

Fermerlərin yaxın dostu olan “Agronet Company” MMC onların uğurlarını daha da artıracaq məhsulları ilə təsərrüfatda öz fərqini hər zaman göstərir. “Agronet Company” MMC müştərilərin güvənini hər şeydən üstün tutur. Çünki bu, fermerlərlə uzunmüddətli əlaqə qurmağın təməlində dayanır. Devizi “etibarlı inkişaf”olan “Agronet Company” MMC keyfiyyətli məhsullarla işin necə uğurlu olacağının zəmanətini verir.