ROYZOLE SC / Bitki Mühafizə

ROYZOLE SC
İstifadə olunacaq bitki və zərərli orqanizmlər
Bitki adı Zərərli orqanizm adı İstifadə vaxtı və dozası Son tətbiq ilə məhsul yığımı arasında vaxt
Alma İki nöqtəli qırmızı hörümcək (Tetranychus urticae) 25 ml/da 100 l su (yumurta , sürfə, nimf, yetişkin) 14 gün

Bitki qoruma məhsulunun istifadəyə hazırlanması

Məsləhət olunan dozanın üzərindən hesablanan bitki qoruma məhsulu əvvəlcə ayrı qabda bir az su ilə qarışdırılır.Tətbiq maşının deposu yarıya kimi suyla doldurulur.Maşının qarışdırıcısı çalışarkən dərmanlı su depoya əlavə edilir.Qarışdırmağa davam edilərək depo su ilə tamamlanır.Proses bitənə qədər qarışdırılır.Hazırlanan məhlulu eyni gündə istifadə edin.


Kalibrləmə

İstifadə öncəsində tətbiq etmə maşını kalibrasiyası edilməlidir.Tətbiq etmələrdə yaxşı örtük olacaq şəkildə konkret sahəyə veriləcək qarışım miqdarı yaxşı müəyyənləşməlidir.Tətbiq etmələr günün sərin saatlarında,küləksiz və ya az küləkli havalarda edilməlidir.


Bitki qorumada məhsulun istifadəsi  

Alma İki nöqtəli qırmızı hörümcək (Tetranychus urticae): May ayı əvvəlindən 100 yarpaqda periodik edilən sayımlarda yarpaq başına 8-10 ədəd canlı görüləndə dərmanlama başlayar


Qarışdırma

Formulu xüsusilər solvent tərkibinə təsir edə bilər.Çox miqdarda qarışım etmədən əvvəl ön qarışım testi etmək məsləhət görülür.


Müqavimət ilə əlaqəli məlumat

ROYZOLE SC bitki qoruma dərmanı təsir mexanizminə görə Grup 10:B 6 kimi sinifələndirilmiş akarasitdir.Eyni təsirə sahib bitki qoruma məhsullarında təkrarlanan tətbiqləri,müqavimət inkişafını təşvik edir.Tətbiqin təkrarlanması lazım olduqda fərqli təsir mexanizmlərinə malik (Grup 10:B 6 xaricində) məhsulların istifadəsinə diqqət edin


İstifadə edərkən və depolanarkən diqqətli olunması üçün təlimatlar

- Balıqlara və suda yaşayan canlılara zərərlidir.Yerüstü və yeraltı su mənbələrindən uzaq tutun
- Təbii su qaynaqlarına bulaşdırmayın
- İstifadə olunmayan dərmanı ağzı qapalı,uşaqlardan əlçatmayan yerdə, qida və yemlərdən uzaq saxlayın
- Yana bilən xüsusiyyətdə olduğu üçün alovdan uzaq tutun
- Küləkli havada tətbiq etməyin
- Gözləmə müddətinə əməl edin
- Tökülməsi halında qum torpaq kimi hopdurucu maddələr sərpib süpürüb toplayın və imha edin


Zərərlilik ifadələri

H312: Dəri ilə təmasda zərərlidir
H315: Dəri qıcıqlanmasına səbəb olar
H330: Tənəffüs edilməsi halında ölümcüldür
H361d: Ana bətnindəki uşaqlarda xəsarətə səbəb ola bilər
H373: Uzunmüddətli və təkrar məruz qalmada orqanlarda fəsada yol açar
H410: Su muhitində uzun müddət qalıcı və zəhərli təsir qüvvəlidir
H400: Su muhitində zəhərlidir
H372: Tənəffüs edilməsi halında orqanlarda qalıcı zədəyə səbəb ola bilər (Sinir sistemi)