ROYPHON 72 SL / Bitki Mühafizə

ROYPHON 72 SL
İstifadə olunacaq bitkilər
Bitki adı Doza İstifadə vaxtı
Pambıq Qoza açdırıcı və yarpaq tökdürücü 200 ml/da

Bitki qoruma məhsulunun istifadəyə hazırlanması

Məsləhət olunan dozanın üzərindən hesablanan bitki qoruma məhsulu əvvəlcə ayrı qabda bir az su ilə qarışdırılır.Tətbiq maşının deposu yarıya kimi suyla doldurulur.Maşının qarışdırıcısı çalışarkən dərmanlı su depoya əlavə edilir.Qarışdırmağa davam edilərək depo su ilə tamamlanır.Proses bitənə qədər qarışdırılır.Hazırlanan məhlulu eyni gündə istifadə edin.


Kalibrləmə

İstifadə öncəsində tətbiq etmə maşını kalibrasiyası edilməlidir.Tətbiq etmələrdə yaxşı örtük olacaq şəkildə konkret sahəyə veriləcək qarışım miqdarı yaxşı müəyyənləşməlidir.Tətbiq etmələr günün sərin saatlarında,küləksiz və ya az küləkli havalarda edilməlidir.


Bitki qorumada məhsulun istifadəsi  

Pambıqda qozların erkən və homogen şəkildə açılmasını təmin edir.Yetişən qozaların açılmasını və yarpaq tökülməsini sürətləndirir.Nəticədə erkən məhsul yığımı, artan məhsuldarlıq və yüksək keyfiyyət əldə edilir. Ən yaxşı nəticə üçün qozaların 35%-i açılmalıdır və açılmış qozalar 60%-i keçməməlidir.

Məhsul yığımı:  Məhsulun yüksək nəticəsini əldə etmək üçün qozaların açılması prosesi yaxından izlənməlidir.Tətbiq etmə üzərindən 7 günkeçmədən məhsul yığımı edilməməli ancaq çox da gecikdirilməməlidir.Normal şərtlərdə ROYPHON 72 SL tətbiqindən sonra 2-3 həftə keçdikdən sonra məhsul yığımı etmək uyğundur.


Qarışdırma

ROYPHON 72 SL  məhsulu sodium klorat tərkiblilər xaricində digər bir şox yarpaq tökücü məhsul ilə qarışdırıla bilər. Çox miqdarda qarışım etmədən əvvəl ön qarışım testi etmək məsləhət görülür.


İstifadə edərkən və depolanarkən diqqətli olunması üçün təlimatlar

- Balıqlara və suda yaşayan canlılara zərərlidir.Yerüstü və yeraltı su mənbələrindən uzaq tutun
- Arılara zərərlidir.Çiçəklənmə zamanı istifadə etməyin
- Təbii su qaynaqlarına bulaşdırmayın
- İstifadə olunmayan dərmanı ağzı qapalı,uşaqlardan əlçatmayan yerdə, qida və yemlərdən uzaq saxlayın
- Tətbiqdən sonra avadanlıqaları yaxşıca təmizləyin
- Bitki inkişafında fərqliliklərə səbəb olduğu üçün qonşu əkililərə bulaşdırmayın


Zərərlilik ifadələri

H226: Alovlanan maye və buxar
H312: Dəri ilə təmasda zərərlidir
H314: Ciddi dəri yanıqlarına və göz zədələnməsinə səbəb ola bilər
H330: Tənəffüs edilməsi halında ölümcüldür
H410: Su muhitində uzun müddət qalıcı və zəhərli təsir qüvvəlidir
H400: Su muhitində zəhərlidir