İstifadə olunacaq bitki və zərərli orqanizmlər | |||
Bitki adı | Zərərli orqanizm adı | İstifadə vaxtı və dozası | Son tətbiq ilə məhsul yığımı arasında vaxt |
Dekorativ bitkilər | Yarpaq mədənçi çiçəyi (Liriomyza trifolii) | 25 ml/da 100 l su | - |
Pomidor | İkinöqtəli qırmızı hörümçək (Tetranyschus urticae) | 25 ml/da | 3 gün |
Pambıq | İkinöqtəli qırmızı hörümçək (Tetranyschus urticae) | 50 ml/da | 21 gün |
Bibər (istixana) | Qırmızı hörümçəklər (Tetranyschus spp) | 25 ml/da 100 l su | 3 gün |
Xiyar (istixana) | Qırmızı hörümçəklər (Tetranyschus spp) | 25 ml/da 100 l su | 3 gün |
Kornişon (istixana) | Qırmızı hörümçəklər (Tetranyschus spp) | 25 ml/da 100 l su | 3 gün |
Badımcan (istixana) | İkinöqtəli qırmızı hörümçək (Tetranyschus urticae) | 25 ml/da 100 l su | 3 gün |
Çiyələk | İkinöqtəli qırmızı hörümçək (Tetranyschus urticae) | 25 ml/da 100 l su | 3 gün |
Armud | Armud psiliddi (Cacopsylla pyri) | 25 ml/da 100 l su (Nimf) | - |
Alma | Avropa qırmızı hörümçəyi (Panonychus ulmi) | 25 ml/da 100 l su | 7 gün |
Bitki qoruma məhsulunun istifadəyə hazırlanması
Məsləhət olunan dozanın üzərindən hesablanan bitki qoruma məhsulu əvvəlcə ayrı qabda bir az su ilə qarışdırılır.Tətbiq maşının deposu yarıya kimi suyla doldurulur.Maşının qarışdırıcısı çalışarkən dərmanlı su depoya əlavə edilir.Qarışdırmağa davam edilərək depo su ilə tamamlanır.Proses bitənə qədər qarışdırılır.Hazırlanan məhlulu eyni gündə istifadə edin.
Kalibrləmə
İstifadə öncəsində tətbiq etmə maşını kalibrasiyası edilməlidir.Tətbiq etmələrdə yaxşı örtük olacaq şəkildə konkret sahəyə veriləcək qarışım miqdarı yaxşı müəyyənləşməlidir.Tətbiq etmələr günün sərin saatlarında,küləksiz və ya az küləkli havalarda edilməlidir.
Bitki qorumada məhsulun istifadəsi
Dekorativ bitkilər - Yarpaq mədənçi çiçəyi: Xəstəlik simptomları görüləndə tətbiq etmə başlanır. Lazım olarsa dərmanlama təkrarlana bilər. İki tətbiq arasında ən az 7 gün fasilə olmalıdır.
Pomidor Xiyar Kornişon Badımcan Bibər: Pomidor Xiyar Kornişon Badımcanda yarpaq başına 5 ədəd , Bibərdə isə 3 ədəd canlı qırmızı hörümcək görüləndə dərmanlama edilməlidir.
Çiyələk
İkinöqtəli qırmızı hörümçək: Erkən dövrdə tətbiq: Problemli çiyələk sahələrində, çiyələk və yaşıl meyvə dövründə (ilk yetişkin meyvələr görülmədən əvvəl) qırmızı hörümçək görüləndə dərmanlanar. Erkən dövrdə tətbiq edilməsi qalıntı saxlamaması yönünüdən daha etibarlıdır.
Mövsüm içi tətbiq: Erkən dövrdə tətbiq etmə olmadıqda açıqda yetişdirilən çiyələklər mövsüm əvvəlində (Mart sonu aprel əvvəli) 3-5 arayla yoxlanar. Qırmızı hörümçəklər çiyələkdə mövsüm əvvəlində ətrafdakı bitkilərdə görünür.Əvvəlcə bu bitkilərin yoxlanması və dərmanlanması lazımdır.Populasiya yayılma göstərərsə tarlada bitkilərin alt və orta hissələrində 50 yarpaq yoxlanar.Yarpaqçıq başına 15 və çox hörümçək aşkarlananda dərmanlama edilər.Meyvə toplanmasından dərhal sonra dərmanlama edilməlidir.
Armud psillid: Mart ayından etibarən yoxalamar edilməlidir.Qışlayan döl yetişkinlərin yumurtalarının hamısı açılıb 2.və 3.dövr nimflər görüləndə şirintəhər maddə axıntısı başlamadan edilən tək dərmanlama kifayətdir.
Alma Qırmızı hörümçək: Yarpaq başına 8-10 ədəd yetişkin görüləndə dərmanlanmalıdır
Qarışdırma
Başqa məhlulla qarışdırma məsləhət görülmür.Çox miqdarda qarışım etmədən əvvəl ön qarışım testi etmək məsləhət görülür.
Müqavimət ilə əlaqəli məlumat
ROYMECTİN 1.8 EC bitki qoruma dərmanı təsir mexanizminə görə Grup 6 kimi sinifələndirilmiş insektisit akarasitdir.Eyni təsirə sahib bitki qoruma məhsullarında təkrarlanan tətbiqləri,müqavimət inkişafını təşvik edir.Tətbiqin təkrarlanması lazım olduqda fərqli təsir mexanizmlərinə malik (Grup 6 xaricində) məhsulların istifadəsinə diqqət edin
İstifadə edərkən və depolanarkən diqqətli olunması üçün təlimatlar
- Balıqlara və suda yaşayan canlılara zərərlidir.Yerüstü və yeraltı su mənbələrindən uzaq tutun
- Arılara zərərlidir.Çiçəklənmə zamanı istifadə etməyin
- Təbii su qaynaqlarına bulaşdırmayın
- İstifadə olunmayan dərmanı ağzı qapalı,uşaqlardan əlçatmayan yerdə, qida və yemlərdən uzaq saxlayın
- Yana bilən xüsusiyyətdə olduğu üçün alovdan uzaq tutun
- Küləkli havada tətbiq etməyin
- Gözləmə müddətinə əməl edin
- Tökülməsi halında qum torpaq kimi hopdurucu maddələr sərpib süpürüb toplayın və imha edin
Zərərlilik ifadələri
H226: Alovlanan maye və buxar
H312: Dəri ilə təmasda zərərlidir
H315: Dəri qıcıqlanmasına səbəb olar
H330: Tənəffüs edilməsi halında ölümcüldür
H361d: Ana bətnindəki uşaqlarda xəsarətə səbəb ola bilər
H373: Uzunmüddətli və təkrar məruz qalmada orqanlarda fəsada yol açar
H410: Su muhitində uzun müddət qalıcı və zəhərli təsir qüvvəlidir
H400: Su muhitində zəhərlidir