ROYGETİN 220 SC / Bitki Mühafizə

ROYGETİN 220 SC
İstifadə olunacaq bitki və zərərli orqanizmlər
Bitki adı Zərərli orqanizm adı İstifadə vaxtı və dozası Son dərmanlamayla yığım arasındaki müddət
Alma Avropa qırmızı hörümçəyi (Panonchyus ulmi) 25ml/100l su (yumurta, sürfə, nimf, yetişkin) 14 gün

Bitki qoruma məhsulunun istifadəyə hazırlanması

Məsləhət olunan dozanın üzərindən hesablanan bitki qoruma məhsulu əvvəlcə ayrı qabda bir az su ilə qarışdırılır.Tətbiq maşının deposu yarıya kimi suyla doldurulur.Maşının qarışdırıcısı çalışarkən dərmanlı su depoya əlavə edilir.Qarışdırmağa davam edilərək depo su ilə tamamlanır.Proses bitənə qədər qarışdırılır.Hazırlanan məhlulu eyni gündə istifadə edin.


Kalibrləmə

İstifadə öncəsində tətbiq etmə maşını kalibrasiyası edilməlidir.Tətbiq etmələrdə yaxşı örtük olacaq şəkildə konkret sahəyə veriləcək qarışım miqdarı yaxşı müəyyənləşməlidir.Tətbiq etmələr günün sərin saatlarında,küləksiz və ya az küləkli havalarda edilməlidir.


Bitki qorumada məhsulun istifadəsi  

Alma Avropa qırmızı hörümçəyi (Panonchyus ulmi): May ayı əvvəlindən etibarən 100 yarpaqda periodik olaraq edilən sayımlarda yarpaq başına 8-10 ədəd canlı həşərat görüləndə dərmanlanmalıdır.


Qarışdırma

Bitki qoruma məhsullarının formulasiyası və solvent miqdarı məhlula təsir edir.Çox miqdarda qarışım etmədən əvvəl ön qarışım testi etmək məsləhət görülür.


Müqavimət ilə əlaqəli məlumat

ROYGETİN 220SC bitki qoruması təsir mexanizminə görə Grup 26;3 olaraq sinifləndirilmiş bir Akarisitdir. Eyni təsirə sahib bitki qoruma məhsullarında təkrarlanan tətbiqləri,müqavimət inkişafını təşvik edir. ROYGETİN 220SC eyni sezon içində məsləhət olunan toplam tətbiq sayını aşmayın.Tətbiqin təkrarlanması lazım olduqda fərqli təsir mexanizmlərinə malik (Grup 26;3 xaricində) məhsulların istifadəsinə diqqət edin.


İstifadə edərkən və depolanarkən diqqətli olunması üçün təlimatlar

- Balıqlara və suda yaşayan canlılara zərərlidir.Yerüstü və yeraltı su mənbələrindən uzaq tutun
- Arılara zərərlidir.Çiçəklənmə zamanı istifadə etməyin
- Təbii su qaynaqlarına bulaşdırmayın
- Bitki qoruma məhsulunu öz qabında qapalı olaraq saxlayın
- Boşalan qabları qətiyyən başqa məqsəd üçün istifadə etməyin


Zərərlilik ifadələri

H304: Udulması halında zərərlidir
H317: Allergik dəri reaksiyalarına səbəb ola bilər
H319: Ciddi göz qıcıqlanmasına səbəb ola bilər
H332: Tənəffüs edilməsi halında zərərlidir
H341: Genetik fəsada səbəb ola bilər
H351: Xərçəngə yol açma şüphəsi var
H361fd: Törəməyə zərər vermə şüphəsi var. Ana bətnindəki uşaqlara zərər vermə şüphəsi var
H372: Tənəffüs edilməsi halında orqanlarda qalıcı zədəyə səbəb ola bilər (Sinir sistemi)
H410: Su muhitində uzun müddət qalıcı və zəhərli təsir qüvvəlidir