ROYDERE 300 EC / Bitki Mühafizə

ROYDERE 300 EC
İstifadə olunacaq bitki və zərərli orqanizmlər
Bitki Adı Zərərli orqanizm adı Zərərli orqanizm adı
Şəkər çuğunduru Sirkən (Chenepodium album.)
Xoruz pipiyi (Amaranthus spp)
Xardal (Sinapis arvensis)
İt üzümü (Solanum nigrum)
150 mm/da
Çıxış sonrası
(Kolitedon və 2-4 yarpaqlı dövrdə)

*Hibrit toxumu istehsalında və şəkər qarğıdalısı yetişdirməsində istifadə edilməməlidir

Bitki qoruma məhsulunun istifadəyə hazırlanması

Məsləhət olunan dozanın üzərindən hesablanan bitki qoruma məhsulu əvvəlcə ayrı qabda bir az su ilə qarışdırılır.Tətbiq maşının deposu yarıya kimi suyla doldurulur.Maşının qarışdırıcısı çalışarkən dərmanlı su depoya əlavə edilir.Qarışdırmağa davam edilərək depo su ilə tamamlanır.Proses bitənə qədər qarışdırılır. Dekara istifadə su miqdarı 20-40 litr olmalıdır.Tətbiqetmədə fan şüası üçün ucluq istifadə edilməlidir. Hazırlanan məhlulu eyni gündə istifadə edin.Tətbiq etmələr günün sərin saatlarında,küləksiz və ya az küləkli havalarda edilməlidir.


Kalibrləmə

İstifadə öncəsində tətbiq etmə maşını kalibrasiyası edilməlidir.Dekara istifadə olunacaq su miqdarını təsbit etmək üçün maşının deposu su ilə doldurulur. Bu su ilə nə qədər sahə isladılacaq müəyyənlədirilər.


Bitki qorumada məhsulun istifadəsi  

ROYDERE 300 EC yabanı otlarfın 2-4 yarpaqlı dövründə tətbiq edilir.Herbisitin təsirli olması üçün torpaq nəmliyi vacibdir.Quru torpağa tətbiq edildikdə təsiri yağışlardan sonra görülməyə başlayacaq. Normal şərtlərdə bir çox şəkər çuğunduru növləri ROYDERE 300 EC ilə tolerans yarada bilir. Çuğundur stress altında ikən bitki qoruma məhsuluna qarşı çox həssaslaşır. Davamlı yağan yağışlardan sonra böyümə geriliyi, ani istilik dəyişiklikləri, daha öncə atılan bitki qoruma məhsulları, yüksək işıq, dərmanlama əsasında istilik, qüvvətli külək, aşağı tempratur, həşərat və ya göbələk kimi zərərli təsirlər şəkə çüğundurunu stressə soxa bilər və kotiledonlar zərər görə bilər, yetərli böyümə baş verməz.Bu hallarda herbisit istifadəsi vəziyyəti daha da pisləşdirəcəyindən stress altında olan şəkər çuğunduruna herbisit verilməməlidir.
Əkin dövriyyəsi
Tətbiqdən 3 ay sonra bitkilər yetişdirilə bilər, ancaq müyləq 15-20 sm dərinliyində toprağa əkilməlidir.


Qarışdırma

Digər bitki qoruma məhsulları ilə tank qarışdırma məsləhət görülmür.Lazım olarsa ön qarışım testi edilməlidir.


Müqavimət ilə əlaqəli məlumat

ROYDERE 300 EC bitki qoruması təsir mexanizminə görə Grup C1;N olaraq sinifləndirilmiş bir herbistdir. Eyni təsirə sahib bitki qoruma məhsullarında təkrarlanan tətbiqləri,müqavimət inkişafını təşvik edir. ROYDERE 300 EC eyni sezon içində məsləhət olunan toplam tətbiq sayını aşmayın.Tətbiqin təkrarlanması lazım olduqda fərqli təsir mexanizmlərinə malik (Grup C1;N xaricində) məhsulların istifadəsinə diqqət edin.


İstifadə edərkən və depolanarkən diqqətli olunması üçün təlimatlar

- Balıqlara və arılara zərərlidir.Çiçəklənmə zamanı istifadə etməyin.Sulara bulaşdırmayın
- Bitki qoruma məhsulunu öz qabında qapalı olaraq saxlayın
- Tətbiqdən sonra boş qabı ulitizasiya edin.Boşalan qabları qətiyyən başqa məqsəd üçün istifadə etməyin


Zərərlilik ifadələri

H302: Udulması halında zərərlidir
H410: Su muhitində uzun müddət qalıcı və zəhərli təsir qüvvəlidir