ROYBOSS 20 SC / Bitki Mühafizə

ROYBOSS 20 SC
İstifadə olunacaq bitki və zərərli orqanizmlər
Bitki adı Zərərli orqanizm adı Doza və dövrü Son tətbiq ilə məhsul yığımı arasında vaxt
Pambıq Yaşıl qurd (Helicoverpa armigera) 17.5 ml/da 21 gün
Pambıq yarpaq qurdu (Spodoptera littoralis)
Tikanlı qurd (Earias insulana)
Alma
Armud
Yarpaq güvəsi (Leucoptera scitella) 250 ml/da 14 gün
Alma içi qurdu (Cydia pomonella) 17.5 ml/ 100 l su
Heyva Alma içi qurdu (Cydia pomonella) 12.5 ml/ 100 l su (yumurta) 14 gün
Şaftalı Qayısı Şaftalı güvəsi (Anarsia lineatella) 20 ml/ 100 l su 14 gün
Şərq meyvə güvəsi (Cydia molesta) 17.5 ml/ 100 l su 14 gün
Ərik Şaftalı güvəsi (Anarsia lineatella) 20 ml/ 100 l su 14 gün
Kartof Kartof böcəyi (Leptinotarsa decemlineata) 6 ml/da (larva) 14 gün
Qarğıdalı Qarğıdalı koçanqurdu (Sesamia spp) 400g/da 14 gün
Qarğıdalı qurdu (Ostrinia nubilalis) 15 ml/da (15 gün
arayla 2-3 dəfə)
15 ml/da
Bozqurd (Agrotis ipsilon, agrotis segetum)
*Bağ Salxım güvəsi (Lobesia botrana) 15 ml/ 100 l su (yumurta) 3 gün süfrəlik
2 gün şərablıq

*İstehlak məqsədli bağ yarpaqlarında istifadə etməyin

Bitki qoruma məhsulunun istifadəyə hazırlanması

Məsləhət olunan dozanın üzərindən hesablanan bitki qoruma məhsulu əvvəlcə ayrı qabda bir az su ilə qarışdırılır.Tətbiq maşının deposu yarıya kimi suyla doldurulur.Maşının qarışdırıcısı çalışarkən dərmanlı su depoya əlavə edilir.Qarışdırmağa davam edilərək depo su ilə tamamlanır.Proses bitənə qədər qarışdırılır. Hazırlanan məhlulu eyni gündə istifadə edin.


Kalibrləmə

İstifadə öncəsində tətbiq etmə maşını kalibrasiyası edilməlidir.Dekara istifadə olunacaq su miqdarını təsbit etmək üçün maşının deposu su ilə doldurulur. Bu su ilə nə qədər sahə isladılacaq müəyyənlədirilər.


Bitki qorumada məhsulun istifadəsi  

Pambıq-yaşıl qurd: Təsadüfi seçilən 3 m uzunluğundaki bütün bitkilər yoxlanılır, yaşıl qurd yumurta və larvaları sayılır, ortalama 2 larva tapılanda dərmanlanır.
Pambıq-pambıq yarpaq qurdu: 10-15 addımdan biir 25 bitkinin yarpaq, daraq, çiçək və qozaları yoxlanır.Bitki başına 0.5 larva və 25 bitkidə 2 yumurta paketi və ya 2 yeni açılmış yumurta paketi görüləndə dərmanlanır.Larvalar yumurtadan yeni çıxanda dağılmamış dərmanlanmalıdır.Yumurtadan yeni çıxan larvalar dha çox bitkinin üst hissəsində olanda dərmanlama təsirli olacaqdır.Buna görə iyul ayının ikinci yarısından sonra yoxlamalar sıxlaşdırılmalı və yumurta paketi sayımlarında diqqıtli olunmalıdır.
Pambıq tikanlı qurd: Tarla sahəsində 3 m-lik pambıq sırasında ortalama 2 larvavə ya 4 ədəd açılmamış yumurta tapılanda, qoza sürvəyində 10% yoluxmuş qoza varsa canlı larva və parazitlənmə faizi aşağıdırsa dərmanlanmalıdır.Pambıq sezonunda eyni yerdə 2 dən çox ROYBOSS 20SC dərmanlaması etməyin.
Alma-Armud-Heyva Alma içi qurdu: Dərmanlamalar təxmin və xəbərdarlıq sisteminə görə dəyişir.ROYBOSS 20SC ilə ən yaxşı təsir hər dölə larva çıxışı müüdətində ağacları dərmanlamaq, yumurtadan çıxan larvaları meyvəyə girmədən öldürməkdir. Armud və Heyvada təxmin və erkən xəbərdarlıq sistemi diqqətə alınmır.
Məhsul təsiri diqqətə alınaraq 14 gün sonra 1.dölə qarşı tədbiq təkrarlanar. İkinci və sonrakı döllərə qarşı tətbiq etmə lazım olduqda eyni qaydayla edilir.Alma- armud-heyvaya sezon içində 2dən çox dərmanlama etməyin.
Şaftalı-Qayısı: Şaftalı güvəsi və Şərq meyvə güvəsi: Zərəvericinin yumurta qoyma dövründə yumurtalar açılmadan və meyvəyə girmədən əvvvəl dərmanlanar. Meyvədə ilk larva görüləndə və ya ilk yetişkin çıxandan 10 gün sonra dərmanlama edilir.Məhsulun təsir müddəti yeni inseksistlərlə eyni proqramda istifadə edilə bilər.Zərərverici sayına bağlı olaraq dozalana bilər.Şaftalı sezonu içində 2dən çox dərmanlama etməyin.
Ərik şaftalı güvəsi: Zərəvericinin yumurta qoyma dövründə yumurtalar açılmadan və meyvəyə girmədən əvvvəl dərmanlanar. Meyvədə ilk larva görüləndə və ya ilk yetişkin çıxandan 10 gün sonra dərmanlama edilir.Məhsulun təsir müddəti yeni inseksistlərlə eyni proqramda istifadə edilə bilər.Zərərverici sayına bağlı olaraq dozalana bilər.Ərik sezonu içində 2dən çox dərmanlama etməyin
Kartof-Kartof böcəyi: Günlük orta 14-150C istilik olduqda tarlaya diaqonaldan girərək ocaqlarda yumurta, larvavə yetişkin axtarılar.Hər hansi birinə rastlanması tarlanın yoluxmuş olması deməkdir.1. dölə qarşı ilk yetişkin larvalar (4. Dövr) görüləndə dərmanlanmalıdır. 2. Döl üçünsə yumurtalarln açılması gözlənməlidir.Bu dövrdı böcək çoxluğuna bağlı olaraq əməl gələn zərər bitki tərəfindən tolere edildiyindən zərər az olur.Bu faizin bitki dövrünə və inkişafına bağlı olaraq 40% çıxdığı görülməkdədir. Kartof sezonu içində 2dən çox dərmanlama etməyin
Qarğıdalı- Koçanqurdu və qarğıdalı qurdu: İlk yumurtların görülməsiylə 15 gün arayla 2 dərmanlama edilir.Əlavə dərmanlama lazım olarsa fərqli təsirə malik dərmanlar istifadə edilməlidir.
Qarğıdalı-Bozqurd (Agrotis ipsilon, Agrotis segetum): Təxmini və sıraya əkilən yerlərdə, 10 ayrı yerdə 3 metrəlik sıralarda ən az 2 yeni bitkinin olduğu tarlada dərmanlanar. Sezon içində 2dən çox dərmanlama etməyin.
Bağ salxım güvəsi: Larvist tətbiq üçün tələlərdə yaxalanan kəpənəklər pik saya çatanda , istiliyin toplamı 1. Döldə 520gün-dərəcə,3.döldə 1047gün- dərəcə asma fenologiyası 1. Döldə çiçək tumurcuğu, 2.döldə qoruq, 3.döldə dadlanma başlanğıcı dövründə olmalıdır.İlk larva görüləndə dərmanlama başlamalıdır.Hər dölə 1 tətbiq edilir. Süfrəlik üzümlərdə 2, şərablıqlarda 1 dən çox dərmanlama etməyin.Dərmanın bitki üzərində qurumasında 2 saat sonra yağan yağışın təsiri yoxdur. 2-ci dəfə dərmanlamağa ehtiyac yoxdur.


Qarışdırma

Formullarda dəyişikliklər ola biləcəyi üçün tətbiq etmədən öncə test edilərək çökmə və qatılaşma yoxlanmalıdır.Fərqli və qatı olan digər məhlullarla qarışdırma məsləhət görülmür. ROYBOSS 20SC `nin və digər pestisitlərin önləmlərinə əməl edin.İstifadə dozasını aşmayın.Etiketində bu cür qarışımlar olan dərmanlarla qarışdırmayın.


Müqavimət ilə əlaqəli məlumat

ROYBOSS 20SC məhsulu təsir mexanizminə görə Grup 28 olaraq sinifləndirilmiş insektisitdir. Eyni təsirə sahib bitki qoruma məhsullarında təkrarlanan tətbiqləri,müqavimət inkişafını təşvik edir. ROYBOSS 20SC `nin eyni sezonda məsləhət olunan toplam tətbiq etmə sayını aşmayın Tətbiqin təkrarlanması lazım olduqda fərqli təsir mexanizmlərinə malik (Grup 28 xaricində) məhsulların istifadəsinə diqqət edin.


İstifadə edərkən və depolanarkən diqqətli olunması üçün təlimatlar

- Balqlara və digər su canlılarına zərəlidir.Su qaynaqlarına boşaltmayın
- Arılara zərəlidir. Çiçəklənmə zamanı istifadə etməyin
- Boşalan qabları qətiyyən başqa məqsəd üçün istifadə etməyin
- Bitki qoruma məhsul qutularına qida və içki qoymayın
- Bitki qoruma məhsulunu qapalı qutudu saxlayın
- İpək qurdlarına zərərli olduğundan dərmanlamada yaxınlıqdaki tut ağaclarına sıçratmayın


Zərərlilik ifadələri

H400: Su mühitində çox toksikdir
H410: Su mühitində uzun müddət qalıcı və zəhərlidir.