İstifadə olunacaq bitki və zərərli orqanizmlər | |||
Bitkinin adı | Zərərlinin adı | İstifadə dozası və dövrü | Son tətbiqdən biçinə qədər vaxt |
Pambıq | Yaşıl qurd (Helicoverpa armigera) | 25 ml/1000m2 (Sürfə) | 14 gün |
Pomidor (tarla) | Pomidor güvəsi (Tuta absoluta) | 25 ml/1000m2 (Sürfə) | 7 gün |
Bitki qoruma məhsulunun istifadəyə hazırlanması
Tövsiyə edilən dozası üzərindən hesablanan bitki mühafizə vasitəsi əvvəlcə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama çəninin yarısı su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəziyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur.Dərmanın hazırlanması tamamlananadək qarışdırılma davam etdirilir. Hazırlanan qarışığı həmin gün istifadə edin.
Kalibrləmə
Dərmanlama aparılmadan əvvəl dərmanlama alətinin kalibrasiyası aparılmalıdır. Dərmanlama zamanı yaxşı örtüyü təmin edəcək şəkildə müəyyən edilmiş sahəyə tətbiq edəiləcək qarışım miqdarı tənzimlənməlidir. Dərmanlama günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.
Bitki qorumada məhsulun istifadəsi
Pambıqda yaşıl qurda qarşı təsadüfi seçilən 3 m sıra uzunluğundakı bütün bitkilər yoxlanılaraq yaşıl qurd yumurta və sürfələri sayılır və 3 m-lik sıra uzunluğunda ortlama 2 sürfə tapıldıqda məhsulun tətbiqinə qərar verilir.
Pomidorda pomidor güvəsinə qarşı yetkin formaların çıxışını təyin etmək üçün istehsal sezonunun başlanğıcından etibarən tarlada (1-2 tələ/hektar) cinsi cəlbedici feromon tələlər istifadə olunur. Tələlər həftədə bir dəfə yoxlanılır və tələdə ilk yetkin forma aşkarlandıqda istehsal sahəsinin böyüklüyünə görə ən az 100 bitki yoxlanılaraq, bitkinin çiçək, yarpaq, sap və tumurcuqlarında, yumurta və sürfə axtarılır. 100 bitkidən 3 ü yumurta və sürfə ilə yoluxubsa istifadəyə qərar verilir.
Qarışdırma
Qarışqırmadan əvvəl qarışım testi edilməsi tövsiyə edilir.
Müqavimət ilə əlaqəli məlumat
REMDOX SC adlı bitki mühafizə vasitəsi, təsir mexanizmasına görə Qrup 22 A;6 olaraq sinifləndirilmiş bir İnsektisiddir. Eyni təsir mexanizması olan bitki mühafizə vasitələrinin təkrarlanan tətbiqi müqavimətin inkişafına kömək edir. Bu səbəblə müqavimətin inkişafını ləngitmək üçün REMDOX SC-ni eyni məhsul sezonu dövründə tövsiyyə edilən dərmanlama sayını aşmamaq lazımdır. Dərmanlamanın təklarlanması lazım olan anlarda isə fərqli təsir mexanizminə sahib (22 A;6 qrupu xaric) bitki mühafizə vasitələrindən istifadə etməyə üstünlük verməlisiniz.
İstifadə edərkən və depolanarkən diqqətli olunması üçün təlimatlar
- Arılar üçün zəhərlidir. Çiçəklənmə zamanı istifadə etməyin.
- Balıqlar və digər su canlıları üçün zəhərlidir, yerüstü və yeraltı sulara bulaşdırmayın.
- Bitki mühafizə məhsulunu ümümi istifadə sahəsi xaricindəki bitkilərə tətbiq etməyin.
- Quru və sərin yerdə saxlayın, birbaşa günəş işığına və yüksək termperatura məruz qoymayın.
Zərərlilik ifadələri
H301+311+331: Udulduqda, dəri ilə təmas etdikdə və ya tənəffüs etdikdə toksikdir.
H317: Allergik dəri reeaksiyalarına səbəb ola bilər.
H319: Ciddi göz təhrişinə səbəb ola bilər.
H332: Tənəffüs edildikdə zərərlidir.
H372: Uzunmüddətli və ya təkrar məruz qaldıqda orqanlarda zədələnməyə səbəb ola bilər.
H410: Sulu mühitdə uzun müddət qalır, çox toksik təsir.
H302: Udulması halında zərərlidir.
H412: Sulu şəraitdə uzun müddət qalıcıdır, toksik təsirlidir.