ONFOSET 80 WP / Bitki Mühafizə

ONFOSET 80 WP
İSTİFADƏ OLUNACAĞI BİTKİ VƏ ZƏRƏRLİ ORQANİZMLƏR
Bitki Adı Zərərli orqanizm adı Tətbiq  dozası və dönəmi Son tətbiq ilə məhsul arasındakı müddət
Xiyar,qovun Kabakgillər(Pseudoperon ospora cubensis) 200 qr / 100 l su 3 gün
Sitrus meyvələri (limon,portağal,qreyfurt) Sitrus meyvələrində qəhvəyi rəngli çürüklük və gövdə saqqızlanması(Phytophth ora citrophthora)
Sitrus meyvələrində məhsul sonrası qəhvərəngi meyvə çürüklüyü(Phytophthora citrophthora)

200 qr / 100 l su
200 qr / 100 l su
300 qr / 100 l su

14 gün
Armud Yumuşaq çəyirdəkli meyvə ağaclarında atəş yanıqlığı(Ervinia amylovora)

400 qr / 100 l su

14 gün
Hər tətbiqdən öncə ağaclardakı xəstəlikli hissələr Dezinfektana batırılmış bir alət ilə uzaqlaşdırılmalıdır
Soğan Soğan mildiyösü(Peronospora destructor)

150 qr / 100 l su

14 gün
Pomidor Pomidor mildiyösü (Phyophthora infestans) 250 qr / 100 l su 7 gün

BİTKİ QORUMA MƏHSULUNUN TƏTBİQƏ HAZIRLANMASI:

Tövsiyə dozası üzərindən hesablanan bitki qoruma məhsulu öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır.Tətbiq maşınının deposu yarıya qədər su ilə doldurulur.Maşının qarışdırıcısı çalışan vəziyyətdəykən qarışım depoya əlavə edilir.Qarışdırmağa davam edilərək depo su ilə tamamlanır.Tətbiq tamamalanana qədər qarışdırma prosesinə davam edilir.Hazırlanan bitki qoruma məhsulu eyni gün içində istifadə olunur.Dekara istifadə olunacaq su miqdarı 20‐40 litr olmalıdır,tətbiqlərdə yelpazə məmə istifadə olunmalıdır.


KALİBRASİYA:

Tətbiq öncəsində tətbiq maşınının kalibrasiyası edilməlidir.Tətbiqlərdə yaxşı bir örtük təmin edəcək şəkildə müəyyən sahəyə veriləcək qarışım miqdarı yaxşı tənzimlənməlidir.Tətbiqlər günün sərin saatlarında küləksiz və ya az küləkli hava şəraitində edilməlidir.


BİTKİ QORUMA MƏHSULUNUN İSTİFADƏ ŞƏKLİ:

ONFOSET 80 WP bitki öz suyunda yarpaqdan kökə,kökdən yarpağa daşına bilən iki yönlü sistemik bir funqisitdir.O səbəblə, tətbiqindən 5‐6 saat sonra şiddətli yağış belə olsa tətbiqin təkrarı lazım deyildir.Ancaq bitki qoruma məhsulunun qısa müddətdə və homogen olaraq bitki öz suyuna keçə bilməsi üçün yaxşı bir islatma təmin edilməlidir.

XİYAR,QOVUN MİLDİYÖ Tətbiq bitkilər qol atmağa başladığında ya da ətrafda ilk xəstəlik göstəricilərinin görünməsi ilə başlanılır,10 gün ara ilə təkrarlanır.Tətbiqin bitkinin hər tərəfini,özəlliklədə yarpaq altlarını örtəcək şəkildə edilməsi lazımdır.

SİTRUS MEYVƏLƏRİNDƏ QƏHVƏYİ RƏNGDƏ ÇÜRÜKLÜK VƏ GÖVDƏ SAQQIZLANMASI

Meyvə infeksiyalarına qarşı

1.tətbiq  Payızda yağışlar başlamadan öncə və ya ilk yağışlardan dərhal sonra edilməlidir.
2.tətbiq Havalar yağışlı gedərsə 1. Tətbiqdən 15 gün sonra edilməlidir.

Gövdə infeksiyalarına qarşı

İnfeksiyalı ağaclardakı yaralar oktyabr,yanvar və mart aylarında odun qədər təmizlənməlidir.Gövdə və kök boğazı infeksiyalarında bir tətbiq edilir.Yara yerindəki qabıq təmiz bir bıçaq ilə tamamilə təmizlənməli və özəlliklə ağac tacının 1-1.5 m yüksəkliyə qədər olan hissələri yaxşıca dərmanlamalıdır.

Sitrus meyvələrində məhsul sonrası qəhvəyi rəngi meyvə çürüklüyü Meyvələr qarışıma 3 dəqiqə müddət ilə batırılır.

ARMUD ATƏŞ YANIQLIĞI Çiçək başlanğıcı və tam çiçəkdə bir tətbiq.Xəstəlik üçün uyğun şəraitlər davam edərsə, bir 3. Tətbiq lazım ola bilər.

SOĞAN MİLDİYÖSÜ Ətrafda ilk xəstəlik göstəriciləri görülərkən tətbiqə başlanılır.10 gün ara ilə tətbiq edilir.

POMİDOR MİLDİYÖSÜ Ətrafda pomidor yarpaqlarında 3‐5 mm qəhvəyi rəngli ləkələrin alt üzündə ağ kül kimi konidi örtünün görünməsi ilə başlanır.Bitkinin yarpaq alt üzlərinin və hər tərəfinin yaxşıca örtülməsi lazımdır.


DÖZÜMLÜLÜK İLƏ BAĞLI MƏLUMAT:

ONFOSET 80 WG adlı bitki qoruma məhsulu, təsir mexanizmasına görə QRUP U:33 olaraq sinifləndirilmiş bir Funqusitdir.Eyni təsir mexanizmasına sahib bitki qoruma məhsulunun təkrarlayan tətbiqləri,dözümlülük inkişafını təşviq etməkdədir.Bu səbəblə,dözümlülük inkişafını gecikdirmək üçün ONFOSET 80 WG nın eyni sezonu içərisində tövsiyə edilən ümumi tətbiq  sayını aşmayın.Tətbiqin təkrarlanması lazım olduğu vəziyyətlərdə isə fərqli təsir mexanizmasına sahib (QRUP U:33 xarici)bitki qoruma məhsullarının istifadəsinə diqət göstərin.


QARIŞA BİLƏRLİK VƏZİYYƏTİ:

Yarpaq gübrələri və bakırlı bitki qoruma məhsulları ilə qarışmaz.Yağ və ya yağlı bitki qoruma məhsulları,bitki qoruma məhsulunun yarpaqlara nüfuzunu önlədiyindən daha sonra istifadə olunmalıdır.Qarışım edərkən yayğın tətbiqdən öncə kiçik ön cəhdlər edilməsi tövsiyə olunur.


İSTİFADƏ EDƏRKƏN VƏ DEPOLARKƏN DİQQƏT EDİLƏCƏK XÜSUSLAR:

- Bitki qoruma məhsulunu öz qablaşdırması,ağzı bağlı olaraq saxlayın.
- Arılara zəhərlidir. Çiçəklənmə dönəmində istifadə etməyin.
- Balıqlara zəhərlidir. Sulara bulaşdırmayın.
- Hovuzları,çayları və suyollarını Bitki qoruma məhsulu və boş qablaşdırmalarla çirkləndirməyin.
- Boşalan qablaşdırmaları başqa məqsədlər üçün qətiyyən istifadə etməyin.
- ONFOSET 80 WP Sürətli nəm çəkici olduğundan torpaqlaşmaması üçün hava almayacaq şəkildə qorunmalıdır.


ZƏRƏRLİLİK İFADƏLƏRİ:

P102 Uşaqların çata bilməyəcəyi yerdə saxlayın.
P301+P312 UDULDUĞUNDA Özünüzü yaxşı hiss etmirsinizsə ZƏHƏR MƏRKƏZİNİ və ya həkimə zəng edin.
P305+P351+P338 Göz ilə təması halında Su ilə bir neçə dəqiqə diqqətlicə durulayın.Taxılı kontak linzalarınız varsa çıxarın.Durulamağa davam edin.
P310 Dərhal Zəhər mərkəzini və ya həkimə zəng edin.
P280 Qoruyucu əlcək /qoruyucu paltar/göz qoruyucu/üz qoruyucu istifadə edin.
P391 Tullantıları toplayın.
P501 Qabı uyğun bir şəkildə bərtərəf edin
EUH401 insan sağlıqına və ətrafa yönələn risklərin qarşısını almaq üçün, istifadə təlimatlarına riayət edin.