DECARS ULTRA SC / Bitki Mühafizə

DECARS ULTRA SC
İstifadə olunacaq bitki və zərərli orqanizmlər
Bitki adı Zərərli orqanizm adı Doza Son tətbiq ilə məhsul yığımı arasında vaxt
Şəkər çuğunduru Yarpaq ləkə xəstəliyi (Cercospora beticola) 50 ml/da 28 gün
Buğda Taxıl külləməsi (Eryslphe graminis)
Sarı pas (Puccinia Striiformis)
Septorya yarpaq ləkəsi (Septoria tritici)
60 ml/da 35 gün

Bitki qoruma məhsulunun istifadəyə hazırlanması

Məsləhət olunan dozanın üzərindən hesablanan bitki qoruma məhsulu əvvəlcə ayrı qabda bir az su ilə qarışdırılır.Tətbiq maşının deposu yarıya kimi suyla doldurulur.Maşının qarışdırıcısı çalışarkən dərmanlı su depoya əlavə edilir.Qarışdırmağa davam edilərək depo su ilə tamamlanır.Proses bitənə qədər qarışdırılır.Hazırlanan məhlulu eyni gündə istifadə edin.


Kalibrləmə

İstifadə öncəsində tətbiq etmə maşını kalibrasiyası edilməlidir.Tətbiq etmələrdə yaxşı örtük olacaq şəkildə konkret sahəyə veriləcək qarışım mikdarı yaxşı müəyyənləşməlidir.Tətbiq etmələr günün sərin saatlarında,küləksiz və ya az küləkli havalarda edilməlidir.


Bitki qorumada məhsulun istifadəsi  

Buğda sarı pas
Xəstəliyin ilk simptomları görüləndə tətbiqə başlanılır. Pas faktorlarına qarşı yaşıl axşam tətbiqi edilir.Yarpaqların və gövdələrin səthi məhlul ilə örtüləcək şəkildə tətbiq edilməlidir. Dərmanın müddəti və xəstəliyin ilərləməsi meteorolojik faktorlar nəzərə alınaraq 10-14 gün edilir.

Buğdada taxıl külləməsi
Meteorolojik faktorları diqqətə alaraq xəstəliyin gedişatı izlənərək, bitkinin üst tərəfinə doğru irəlilədiyib halda üst yarpaqların,xüsusilə bayraq yarpaqlarının yoluxmasını əngəlləmək üçün yaşıl axşam tətbiqi edilməlidir.

Buğdada septoraya yarpaq ləkəsi
Əgər iqlim faktorları xəstəliyin inkişafına uyğun gedirsə və epidemik vəziyyət yaranırsa yaşıl axşam dərmanlaması tətbiq edilir. Ümumiyyətlə, tətbiq üçün ən yaxşı vaxt, bayraq yarpağının tam açıldığı və ya qulağın çıxmasından əvvəl qabıq dövrünün sonundadır. Erkən dövrdə bitkinin yuxarı hissələrinə doğru dırmaşan bir infeksiya üçün bayraq yarpağının çıxmasını gözləmək lazımdır. Eyni şəkildə, əgər sahə çirklənərsə və başlıq dövründə yağışlı hava davam edərsə, iqtisadi zərər baş verə biləcəyi üçün tətbiq zərurəti yarana bilər. Tətbiqin təkrarlanması lazım olduğu hallarda bitki mühafizə vasitələrinin etiketində qeyd olunan fəaliyyət müddəti nəzərə alınmalıdır.

Şəkər qamışı yarpaq ləkə xəstəliyi
Xəstəlikdə kimyəvi mübarizəyə yaşıl axşam dərmanlamasıyla başlanılır.Dərmanlamağa xəstəlik üçün uyğun hava şəraiti olanda və tarlada yarpaqlar üzərində ilk simptomlar görüləndə başlanmalıdır.Xəstəliyin gedişatına görə dərmanın təsir müddəti diqqətə alınaraq dərmanlamağa davam edilməlidir.


Müqavimət ilə əlaqəli məlumat

DECARS ULTRA SC bitki qoruma dərmanı təsir mexanizminə görə Grup B1:1/G1:3 kimi sinifələndirilmiş fungisitdir. .Eyni təsirə sahib bitki qoruma məhsullarında təkrarlanan tətbiqləri,müqavimət inkişafını təşvik edir.Tətbiqin təkrarlanması lazım olduqda fərqli təsir mexanizmlərinə malik (Grup B1:1/G1:3 xaricində) məhsulların istifadəsinə diqqət edin.


Qarışdırma

Digər bitki qoruma məhsulları ilə qarışdırma etmədən əvvəl sınaq aparılması məsləhət görülür.


İstifadə edərkən və depolanarkən diqqətli olunması üçün təlimatlar

- İstifadə etmədən əvvəl yaxşıca qarışdırın
- Balıqlara və suda yaşayan canlılara zərərlidir.Yerüstü və yeraltı su mənbələrindən uzaq tutun
- Bitki qoruma məhsulunu öz qabında qapalı olaraq saxlayın
- Boşalan qabları qətiyyən başqa məqsəd üçün istifadə etməyin
- Boşalan birki qoruma məhsul qutularına qida və içki qoymayın


Zərərlilik ifadələri

H304: Udulması halında zərərlidir
H317: Allergik dəri reaksiyalarına səbəb ola bilər
H319: Ciddi göz qıcıqlanmasına səbəb ola bilər
H332: Tənəffüs edilməsi halında zərərlidir
H341: Genetik fəsada səbəb ola bilər
H351: Xərçəngə yol açma şüphəsi var
H361fd: Törəməyə zərər vermə şüphəsi var. Ana bətnindəki uşaqlara zərər vermə şüphəsi var
H410: Su muhitində uzun müddət qalıcı və zəhərli təsir qüvvəlidir